Əsas Səhifə > REGİON > Ötən gecədən Türkiyənin 247 yaşayış məntəqəsində karantin rejimi ləğv olunub
Ötən gecədən Türkiyənin 247 yaşayış məntəqəsində karantin rejimi ləğv olunub4-05-2020, 08:32 |
Türkiyənin 54 vilayəti üzrə 247 yaşayış məntəqəsində xüsusi karantin rejimi ləğv edilib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Açıqlamada, həmçinin, qeyd olunub ki, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar aprelin 30-dan qüvvədə olan evdən çıxma qadağası ötən gecə 00:00-da başa çatıb. Qeyd edək ki, Türkiyədə aprelin 30-dan bəri bu günədək karantin rejiminə əməl etməyən 27 min 828 nəfər cəzalanıb. Geri qayıt |