Əsas Səhifə > Dünya > Britaniyada son sutkada koronavirusdan 315 nəfər dünyasını dəyişib

Britaniyada son sutkada koronavirusdan 315 nəfər dünyasını dəyişib


4-05-2020, 08:29

 

Böyük Britaniyada son 24 saat ərzində koronavirusdan 315 nəfər ölüb. Ölkə üzrə yeni virusdan dünyasını dəyişənlərin ümumi sayı 28446 nəfərə çatıb.

Şəffaflıq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Britaniya Nazirlər Kabineti Katibliyinin rəhbəri Maykl Qouv mətbuat konfransında bildirib.
O qeyd edib ki, şənbə günündən bu günə 621 ölüm hadisəsi qeydə alınıb.

M.Qouv əlavə edib ki, son sutkada yeni aşkar olunan yoluxma hallarının sayı 4339 nəfər artaraq 186599-a çatıb.

Geri qayıt