Əsas Səhifə > Dünya > İtaliyada son sutkada koronavirusdan ölüm sayı 174 nəfər olub
İtaliyada son sutkada koronavirusdan ölüm sayı 174 nəfər olub4-05-2020, 08:26 |
İtaliyada son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 174 nəfərə çatıb. Şəffaflıq.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb. Bildirilib ki, ölkə üzrə yeni virusdan ölənlərin ümumi sayı 28884-ə çatıb: “Son sutkanın ölüm dinamikası mart ayının ortalarındakı göstəricilərə yaxındır. Martın 10-da 168, 14-də isə 175 ölüm hadisəsi qeydə alınmışdı”. Qeyd edək ki, İtaliyada son sutkada 1740 nəfər sağalıb, ümumilikdə isə onların sayı 81654-ə çatıb. Geri qayıt |