Əsas Səhifə > REGİON > Ukraynadan xaricə dronla tibbi maska qaçırmaq istədilər — Sərhədçilər atəş açdı

Ukraynadan xaricə dronla tibbi maska qaçırmaq istədilər — Sərhədçilər atəş açdı


4-05-2020, 08:23

 


Ukraynanın Volınsk vilayətinin İvaniçevsk rayonunda qaçaqmalçılar dronla xaricə-Polşaya tibbi maska ötürmək istəyib.

Şəffaflıq.az modern.az-a istinadən xəbər verir ki, sərhədçilər onların qarşısını almaq üçün silah işlədib, nəticədə qaçaqmalçılardan biri yaralanıb.

Ukrayna dövlət sərhəd Xidmətinin yaydığı məlumata görə mayın 2-nə keçən gecə Lvov sərhəd dəstəsinin sərhədçiləri dron tipli uçan aparatın səsini eşidiblər. Aparat dövlət sərhədinə tərəf uçurdu. Hadisə yerinə sərhəd naryadı göndərilib. Sərhədçilər İvaniçevsk rayonunun yaşayış məntəqələrindən birində “Skoda” avtomobili aşkar ediblər, sürücü”saxla” tələbinə məhəl qoymayıb və maşını sərhədçilərin üstünə sürüb. Bunun ardınca avtomobillə meşəyə tərəf gedib.

Sərhədçilər avtomobili meşədə aşkar ediblər, amma sürücü yenə dayanmaq tələbinə əməl etməyib və maşını sərhədçiləri üstünə sürüb. Bu zaman sərhədçilər onu saxlamaq üçün silah işlədib, avtomobilin təkərlərinə atəş açılıb. İnsident zamanı sürücü də qəlpə yarası alıb və hadisə yerin təcili yardım briqadası çağırılıb.

Sərhədçilər hadisə yerində uçan aparat və iki paket qoruyucu tibbi maska aşkar ediblər. Bundan əlavə, məlum olub ki, qaçaqmalçılar çox olub, amma sərhədçilər gələnə qədər onlardan ikisi maşından düşərək meşəyə qaçıb. Onlardan birini saxlamaq mümkün olub, həmin şəxs daha əvvəl Polşaya qaçaqmalçılıq yolu ilə siqaret keçirərkən saxlanılmışdı.


Geri qayıt