Əsas Səhifə > Dünya > “Peyvənd tapılmasa vəziyyət yenidən pisləşəcək”
“Peyvənd tapılmasa vəziyyət yenidən pisləşəcək”3-05-2020, 17:56 |
![]() Peyvənd tapılmasa, qarşıdakı aylarda pandemiyaya yoluxmanın yenidən artacağının şahidi olacağıq. Peyvənd tapılmasa vəziyyət yenidən pisləşəcək. Şəffaflıq.az “Reuters” istinadla xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes mətbuat konfransında deyib. O bildirib ki, yeni tip koronavirusa görə İspaniyada fövqəladə vəziyyət mayın 23-nə kimi uzadılacaq: “Fövqəladə vəziyyətin tətbiq edilməsi düzgün addımdır. Bununla yaxşı nəticələr əldə edə bilirik. A planı fövqəladə vəziyyətdir, B planı isə yoxdur. Çünki kollektiv şəkildə qorunmağımıza imkan yaradan yeganə yol budur”. Qeyd edək ki, İspaniyada koronavirusdan ölənlərin sayı 25 mini keçib.
Geri qayıt |