Əsas Səhifə > Dünya > Cənubi Koreyada koronavirusa 13 yoluxma halı aşkarlanıb

Cənubi Koreyada koronavirusa 13 yoluxma halı aşkarlanıb


3-05-2020, 17:38

 

Cənubi Koreyada ötən sutka ərzində yeni növ koronavirusa 13 yoluxma halı qeydə alınıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ölkənin xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzindən (KCDC) bildirilib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 793 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb.

Qeyd edilir ki, ötən sutkada 60 nəfər sağalıb, sağalanların ümumi sayı 9 183 nəfər təşkil edir.

Geri qayıt