Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 30 nəfər sağalıb

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 30 nəfər sağalıb


3-05-2020, 17:37

 

Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 1 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 441 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157 932 test aparılıb.

Şəffaflıq.az

Geri qayıt