Əsas Səhifə > Cəmiyyət > "icaze.e-gov.az" portalında qeydə alınmış bütün icazələrin müddəti 31 mayadək uzadılır

"icaze.e-gov.az" portalında qeydə alınmış bütün icazələrin müddəti 31 mayadək uzadılır


2-05-2020, 19:32

 

Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə "icaze.e-gov.az" portalında qeydə alınmış bütün icazələrin müddəti sistem tərəfindən 2020-ci il 31 may tarixinədək uzadılır.

Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bildirib. O qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar isə işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: "Eyni zamanda qurum və təşkilatlar 31 may tarixinədək avtomatik uzadılmış icazələrin müddətini istədikləri vaxta tənzimləyə bilər. 8103 SMS icazə sistemi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda 31 may tarixinədək qüvvədə olacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda həmin sahələr üzrə xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədə olduğundan SMS icazə sistemindən istifadə etməlidirlər".

Geri qayıt