Əsas Səhifə > Region > Rusiyanın İnşaat naziri və müavini koronavirusa yoluxub

Rusiyanın İnşaat naziri və müavini koronavirusa yoluxub


2-05-2020, 09:27

 

Rusiyanın İnşaat naziri Vladimir Yakuşev və Dmitri Volkov koronavirusa yoluxub.

Şəffaflıq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, hər ikisi xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün Rusiyanın Baş Naziri Mixail Mişustində də yeni növ koronavirus infeksiyası aşkarlanıb. Baş nazir bu barədə prezident Vladimir Putinlə videobağlantı zamanı bildirib.

Geri qayıt