Əsas Səhifə > Kriminal > Bakı polisindən əməliyyat: 4 həbs
Bakı polisindən əməliyyat: 4 həbs26-01-2019, 16:10 |
Bundan başqa, Nərimanov rayon Polis İdarəsi və Ağdam rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan M.Mehtizadə tutulub. O, Cinayət Məcəlləsinin 194-cü (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsi ilə axtarışda olub. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) ilə axtarışda olan Ə.Qocayev saxlanılıb. 0pppö0ıı Axtarışda olan şəxsin tutulması üçün daha bir əməliyyatı Yasamal polisi keçirib. 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan X.Nəbiyeva saxlanılıb. Müəllif: Hacı Zeynalov Geri qayıt |