Əsas Səhifə > İdman > Fransa çempionatı ləğv olundu

Fransa çempionatı ləğv olundu


29-04-2020, 22:10

 

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Fransa çempionatında (Liqa-1) cari mövsüm ləğv edilib.

Şəffaflıq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Eduar Filipp açıqlama verib.

Onun sözlərinə görə, Fransada 5000 nəfərdən çox insanın qatıldığı idman yarışları sentyabra qədər keçirilə bilməz. Buna görə də 2019-2020-ci il futbol mövsümü bərpa olunmayacaq.

Sözügedən qərar Liqa 1-lə yanaşı, Liqa 2-yə də şamil olunub.

Qeyd edək ki, Fransa Futbol Federasiyası mayda keçirəcəyi iclasda avrokuboklara yollanacaq komandaları müəyyənləşdirəcək.


Geri qayıt