Əsas Səhifə > Hadisə > Bakıda faciə: ana və üç övladı öldü
Bakıda faciə: ana və üç övladı öldü25-01-2019, 22:47 |
Bakının Suraxanı rayonunda dəm qazı dörd nəfərin həyatına son qoyub. Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib. Bildirilir ki, ana və üç uşağı dəm qazından boğularaq ölüb. 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı - Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar. Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır. Geri qayıt |