Əsas Səhifə > REGİON > Rusiyada COVID-19-a yoluxan hərbçilərin sayı artdı
Rusiyada COVID-19-a yoluxan hərbçilərin sayı artdı28-04-2020, 10:33 |
Rusiyada koronavirusa yoluxan hərbiçilərin sayı 990 nəfərə çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, son bir gündə daha 27 hərbçidə koronavirus aşkarlanıb. Bundan başqa, 963 kursant və ali hərbi məktəblərin tələbəsində COVID-19 testi müsbət çıxıb. Qeyd edək ki, Rusiyada 87 147 nəfər koronavirusa yoluxub, 794 şəxs vəfat edib. Müalicə alan 7 346 xəstə sağalıb. Geri qayıt |