Əsas Səhifə > Dünya > Koronavirusla bağlı dünyada son durum - ABŞ-da yoluxanlar 1 milyonu keçdi
Koronavirusla bağlı dünyada son durum - ABŞ-da yoluxanlar 1 milyonu keçdi28-04-2020, 10:26 |
Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Lakin artıq bir sıra Avropa ölkələrində və o cümlədən Azərbaycanda yoluxma sayı əvvəlki günlərlə müqayisədə aşağı olduğu üçün tətbiq edilən karantin rejimi yumşaldılıb. Şəffaflıq.az xarici mətbuata istinadən bildirir ki, hazırkı saata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 3 milyon 64 min 822 nəfərdir. Ölənlərin ümumi sayı isə 211 min 611-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 916 min 374 nəfər sağalıb. Eyni zamanda hazırda 1 milyon 919 min 69 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 56 min 427 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 3 faizini təşkil edir. Dünyada koronavirusun əsarətində ən çox ABŞ qalıb. Dünən gecə saatlarındakı statistikaya görə ABŞ-da indiyədək 1 milyon 441 nəfər koronavirusa yoluxub. Bunlardan 13 min 281 nəfər yeni yoluxma, 873 nəfər isə ölüm halı qeydə alınıb. Onu da bildirək ki, ABŞ-da yeni yoluxma və ölüm sayı Bakı vaxtı ilə gecə saat 1 radələrində açıqlanır. Növbəti sırada yer alan İspaniyada bu gün 2 min 793 nəfər yoluxub, 331 nəfər ölüb. İtaliyada bir neçə saat ərzində 1739 nəfər yoluxub, 333 nəfər ölüb, Fransada isə yoluxanların son saatlara görə sayı 3 min 742 ölənlər isə 437 nəfərdir. Siyahıda 5-ci yerdə olan Almaniyada qeydə alınan yoluxma hallarının sayı 156 337-yə yüksəlib. Belə ki, koronavirusdan ölənlərin sayı daha 163 nəfər artaraq 5 913-a çatıb. İngiltərədə isə son saatlarda 4 min 309 nəfər yoluxub, 360 nəfər isə ölüb. Türkiyədə son sutkada 2 min 131 nəfər yoluxub, 95 nəfər ölüb. İranda bu gün 991 nəfər yoluxub, 96 nəfər isə ölüb. Rusiyada isə yeni yoluxanların sayı 6 min 198 nəfər, ölənlər isə 47 nəfərdir. Rusiyada ümumilikdə koronavirusa yoluxanların sayı 87 mini keçib. Gürcüstanda bu gün cəmi 11 nəfər yoluxub, ölən isə qeydə alınmayıb. Geri qayıt |