Əsas Səhifə > Dünya > Britaniyada koronavirusdan ölənlərin sayı 21 mini ötdü
Britaniyada koronavirusdan ölənlərin sayı 21 mini ötdü27-04-2020, 22:36 |
Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 329 nəfər artıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 21 061 nəfər təşkil edir. Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 463 nəfər artaraq 152 840-a çatıb. Bildirilib ki, Böyük Britaniyada martın 30-dan bəri ilk dəfə pandemiyadan ən aşağı ölüm göstəricisi qeydə alınıb. Geri qayıt |