Əsas Səhifə > REGİON > Rusiyada daha bir deputat koronavirusa yoluxdu
Rusiyada daha bir deputat koronavirusa yoluxdu26-04-2020, 10:41 |
Rusiya Dövlət Dumasının daha bir deputatı, Kommunist Partiyası (KPRF) fraksiyasına daxil olan Dmitri Novikov koronavirusa yoluxduğunu və hazırda xüsusi rejimli xəstəxanada müalicə olunduğunu təsdiqləyib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, deputat ikitərəfli pnevmoniya diaqnozu ilə müalicə olunur. “Müalicə olunuruq. Bəli, koronavirus təsdiqlənib...İkitərəfli virus pnevmoniyasıdır. Yüksək temperatur yoxdur” - deyə Novikov bildirib. Onun sözlərinə görə, koronavirusa yoluxduğu həm testlə, həm kompüter tomoqrafiyası ilə təsdiqlənib. Deputatın aprelin 24-də xəstəxanaya yerləşdirildiyi haqda bundan əvvəl kommunistlərin sıralarındakı mənbəyə istinadən xəbər yaymışdılar. Bildirilirdi ki, Novikovu dünən aprelin 24-də axşam təcili yardım maşını ilə aparıblar. Onda COVİD-19 şübhəsi var. Deputatın sonuncu dəfə iştirak etdiyi plenar iclas aprelin 14-də keçirilib. Üç gün sonra o, növbəti iclasa gəlməyib, aprelin 22-də isə Leninin movzoleyinə çələng qoyulması mərasiminə qatılmayıb. Dmitri Novikov 1969-cu ildə anadan olub. 2007-ci ildən Dövlət Dumasının deputatıdır. Bundan əvvəl digər kommunist deputat Leonid Kalaşnikovun da koronavirusa yoluxduğu açıqlanmışdı. O, ikitərəfli pnevmoniya diaqnozu ilə müalicə alır, vəziyyəti orta ağırdır. Geri qayıt |