Əsas Səhifə > Dünya > G20 liderlərinin videokonfransı təxirə salınıb

G20 liderlərinin videokonfransı təxirə salınıb


25-04-2020, 18:29

 

“Böyük iyirmilik” (G20) ölkələri liderlərinin ikinci videokonfransı Çin və ABŞ arasında Dünya Səhiyyə Təşkilatının rolu barədə fikir ayrılığı səbəbindən təxirə salınıb.

Şəffaflıq.az AZƏRTAC-a istinadla xəbər verir ki, ABŞ Dünya Səhiyyə Təşkilatının Çin ərazisində başlayan və pandemiyaya səbəb olan COVID-19 xəstəliyinin yayılması ilə mübarizədə əvvəlki fəaliyyəti barədə hesabat tələb edir. Lakin Pekin Vaşinqtonun təşkilatın fəaliyyətini təhqiq etmək barədə təklifini müzakirə etməkdən qəti şəkildə boyun qaçırır.

Əgər tərəflər kompromisə nail olsalar və yekun sənəddə Dünya Səhiyyə Təşkilatına aid məsələdə razılığı gəlsələr, sammitin yaxın gələcəkdə baş tutacağı istisna olunmur.

Qeyd edək ki, G20 liderlərinin videokonfrans formatında ilk sammiti martın 26-da keçirilib. İştirakçılar pandemiya şəraitində dünya iqtisadiyyatının stabilləşməsi üçün 5 trilyon dollar ayırmaq barədə razılığa gəliblər.
Geri qayıt