Əsas Səhifə > Dünya > İspaniyada son sutkada koronavirusdan 378 nəfər ölüb –3 minə yaxın isə yolxub

İspaniyada son sutkada koronavirusdan 378 nəfər ölüb –3 minə yaxın isə yolxub


25-04-2020, 18:07

 

İspaniyada son 24 saat ərzində koronavirusdan 378 nəfər vəfat edib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə bu günədək COVID-19 virusuna yoluxaraq vəfat edənlərin sayı 22902-yə çatıb.
Nazirliyin məlumatına görə, son sutka ərzində 2944 nəfərdə virusa yoluxma aşkar edilib. İndiyədək ölkədə bu virusa yoluxanların sayı 220 mini keçib.

Şəffaflıq.az
Geri qayıt