Əsas Səhifə > Gündəm > Xaricdən ölkəyə qayıdan vətəndaşlarımızı karantinə almağa davam edəcəyik.
Xaricdən ölkəyə qayıdan vətəndaşlarımızı karantinə almağa davam edəcəyik.24-04-2020, 23:59 |
Xaricdən ölkəyə qayıdan vətəndaşlarımızı karantinə almağa davam edəcəyik. Şəffaflıq.az xəbər verir ki, bunu AzTV-nin "Hədəf" verilişinin qonağı olan TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O əlavə edib ki, xaricdən gələn vətəndaşların karantinə alınması vaxt qazandırdı: "Bizim ilk və doğru addımımız məhz ölkəyə xaricdən qayıdan vətəndaşları karantinə almağımız oldu. Bununla biz vaxt qazanmış olduq. Bu vaxt ərzində xəstəxana və laboratoriyaların sayının artırılması, diaqnostik testlərin aparılmasının təkmilləşdirilməsi kimi işlər görüldü. Xaricdən vətəndaşlarımızın Azərbaycana gəlməsi bu müddət ərzində həmişə olub və heç vaxt dayandırılmayıb. Onlar xüsusi reyslər vasitəsilə gəliblər, biz onları karantinə alıb, müayinələr aparmışıq. Bundan sonra da hələki bu şəkildə davam edəcəyik. Vətəndaşların vətənə qayıtması onların hüququdur. Bunun üçün onlar sadəcə qeydiyyata düşməlidirlər. Bu müxtəlif ölkələrdə elektron qaydada həyata keçirilir. Daha sonra səfirliyin təşkil etdiyi yollarla onlar Azərbaycana qayıdacaqlar. Biz həmin vətəndaşları karantinə almağa davam edəcəyik. Karantin müddətində onların müayinəsi davam etdiriləcək. Əgər test nəticəsi pozitiv çıxan şəxs olarsa, o izolyasiya olunacaq". Y.Qarayeva yeni yaradılan Çağrı mərkəzi haqqında da məlumat verib: "Heydər Əliyev Mərkəzində bizim yeni bir Çağrı mərkəzimiz yaradılıb. Orada 70-ə yaxın tibb işçisi pandemiya ilə əlaqədar sualları cavablandırmaq üçün fəaliyyətə başlayıblar. Mərkəzdə vətəndaşlar üçün xüsusi psixoloji dəstək qrupu da var". Trend Geri qayıt |