Əsas Səhifə > Redaktor seçimi / Cəmiyyət > İctimai xadimlərimizi tanıyaq və tanıdaq.-Foto

İctimai xadimlərimizi tanıyaq və tanıdaq.-Foto


24-01-2019, 21:19


İctimai xadim Abdulhəq Rəsulov – Aqranom, ictimai xadim.Rəsulov Abdulhəq Məhəmməd oğlu 1914 cü ildə Şamaxı qəzasının Göylər kəndində anadan olub.Kənd yeddi illik məktəbini bitirdikdən sonra Gəncə kənd təsərrüfatı texnikomunda təhsil alıb və əmək fəaliyyətinə başlayıb.Elmə və oxumağa olan həvəsi onu qonşu Gürcüstan Respublikasına aparıb çıxarıb və o, 1934 cü ilədə Zaqafqaziya Kənd Təsərrüfatı İnstitutunun aqranomluq fakultəsinə daxil olub. Həmin institut 1939 cu ilin əvvəllərində bir neçə yerə bölünmüş və Kirovabadda (indiki Gəncə) müstəqil kənd təsərrüfatı institutu yaradılmışdır. Gənc Abdulhəq də bu yolla təhsilini davam etdirmək üçün Gəncə şəhərinə köçmüş və 1939 cu ilin sonunda təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, Şamaxı rayon Torpaq şöbəsinin aqranomu kimi işə başlamışdır. Abdulhəq Rəsulov Göylər kəndində ali təhsil almış ilk insan kimi də Göylər kəndinin tarixinə düşmüşdür.1941 ci ilin iyul ayına kimi bu vəzifədə çalışan Abdulhəq Rəsulov iyul ayında leytenant rütbəsi ilə cəbhəyə yola düşmüş və tağım komandiri kimi döyüşlərdə iştirak etmişdir. Kursk cəbhəsində yaralanan Abdulhəq Rəsulov qısa müddətə əsir düşsədə əsirlikdən qaçmağı bacarır və yenidən ordu sıralarına bərpa olunur. 1943 cü ildə ağır yaralanan Abdulhəq Rəsulov almanlara əsir düşür, 1944 cü ilə kimi əsirlik həyatı yaşayır və çətinliklə də olsa bir qrup əsirlə əsirlikdən qaçmağa nail olur. Əsirlikdən qaçan Abdulhəq Rəsulov və silahdaşları Fransız partizanlarına qoşularaq döyüşlərə atılırlar. Müharibə bitənə kimi Fransada Nim şəhər birinci Sovet partizan polkunda xidmət edir və bir neçə dəfə yaralanır.Birinci qrup müharibə əlili Abdulhəq Rəsulov 1946 cı ildə müharibədən vətənə dönür, bu zaman onun sinəsini Sovet dövlətinin orden və medalları ilə birlikdə Fransa hökümətinin orden və medalları da bəzəyirdi.Müharibədən sonra Abdulhəq Rəsulov öz doğma peşəsinə yenidən qovuşur və Göylər kəndinə baş aqranom vəzifəsinə təyin olunur.1954-1955 ci illərdə Şamaxıda MTS də aqranom işləyən Abdulhəq Rəsulov yenidən Göylər kəndinə qayıdır və kəndin baş aqranomluğu ilə bərabər kolxoz sədrinin müavini vəzifəsi də ona həvalə olunur. 1956 cı ildə Moskva şəhərində açılan “Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri” sərgisində Şamaxı rayonunu təmsil edən Abdulhəq Rəsulov vətənə medalla təltif olunaraq dönür.Abdulhəq Rəsulov 1959 cu ildə “İgidliyə görə” medalı ilə təltif olunub.O, 1963 cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunur.1967 ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Böyük Həmyə kəndinə-Dənizkənarı üzümçülük Sovxozuna əvvəlcə baş aqranom təyin olunan Abdulhəq Rəsulov daha sonra bu sovxozun direktoru vəzifəsində də çalışır. Həmin kəndin yaşlı sakinləri bugün də Abdulhəq kişi haqqında xoş xatirələr danışır və onu rəhmətlə anırlar.O, 1979 cu ildə “Əmək Veteranı” adına layiq görülür.Abdulhəq Rəsulov çox maraqlı xarakterə malik bir insan olub. Onun üçün dövlət, dövlətin malı hər zaman əziz olmuş və bu yöndə hər zaman haqq uğrunda mübarizə aparmış, dövlətin-təsərrüfatın mənafeyini hər zaman öz mənafeyindən üstün tutmuşdur. Övladlarını hər zaman elmə, təhsilə səsləmiş və onların təhsil alması üçün əlindən gələni etmişdir. Qabaqcıl təsərüfat işçisi, bir çox orden, medal və təltiflərin sahibi və ən əsasda hər zaman haqq carçısı olan Abdulhəq Rəsulov 1996 cı ildə, 82 yaşında vəfat etmiş və doğulub boya başa çatdığı doğma kəndində dəfn olunmuşdur.“Qabaqcıl təsərrüfat işçisi, əzablı müharibə illərinin mətin iştirakçısı və eyni zamanda kolxoz-sovxoz quruculuğunun  əzimkar nümayəndəsi Abdulhəq Rəsulova Allahdan rəhbət diləyirik məkanınız cənnət olsun!"Göylər və Göylərlilər profilindən"
Geri qayıt