Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusa yoluxanların sayı 100 minə çatır

Türkiyədə koronavirusa yoluxanların sayı 100 minə çatır


22-04-2020, 21:28

 

Şəffaflıq.az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 376 nəfərə çatıb.

Nazir həmçinin daha 3 083 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 98 674-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 16 477 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Yeni məlumata görə dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 593 000-i ötüb. Onlardan 181 083 nəfəri ölüb.
Geri qayıt