Əsas Səhifə > Kriminal > Azərbaycanda yüksək vəzifəli

Azərbaycanda yüksək vəzifəli


18-04-2020, 15:54
 Xüsusi karantin rejimi qaydalarını pozmaq üçün saxta arayışlar satan şirkət rəhbəri saxlanılıb.
Şəffaflıq.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində Ağcəbədi rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Oktay Quliyev xüsusi karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması üçün sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə rəhbəri olduğu “AZİNTELLEKTSERVİS LTD” və “TQİK-A” MMC-lərin saxta arayışlarının hər birini 100-200 manata satarkən saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs 10-a yaxın vətəndaşı saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib.
Bununla da Oktay Quliyev saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.
Saxlanılan şəxsə məxsus paytaxt ərazisində yerləşən ofisə baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhürlər və digər iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.


 
Geri qayıt