Əsas Səhifə > Cəmiyyət > Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzinə edə bilərlər.

Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzinə edə bilərlər.


16-04-2020, 23:25
 Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir.
Fonddan Şəffaflıq.az-a verilən məlumata görə, “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.
Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır.
Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir.
Aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması nəzərdə tutulub.
Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti dəstək verir.
Aksiya karantin rejimi müddətində davam edəcək.
Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzinə edə bilərlər.
Geri qayıt