Əsas Səhifə > Dünya > Bu ölkədə koronavirus səbəbiylə elan edilmiş küçəyə çıxma qadağasını pozan 11 nəfər polis tərəfindən öldürülüb.
Bu ölkədə koronavirus səbəbiylə elan edilmiş küçəyə çıxma qadağasını pozan 11 nəfər polis tərəfindən öldürülüb.16-04-2020, 22:53 |
Keniyada koronavirus səbəbiylə elan edilmiş küçəyə çıxma qadağasını pozan 11 nəfər polis tərəfindən öldürülüb. Şəffaflıq.az Anadolu agentliyinə istinadən xəbər verir ki, yerli sakinlərin hansı şəkildə öldürüldüyü məlum deyil. Polis Nəzarət Təşkilatı 11 nəfərin öldürüldüyünü təsdiq etsə də, hökumətdən məsələ barədə açıqlama verilməyib. Yerli mənbələrin məlumatına görə, ümumilikdə 35 nəfər küçəyə çıxmaq qadağasını pozub. Digər şəxslər müxtəlif cəzalara məruz qalıb. Qeyd edək ki, Keniyada 234 nəfər koronavirusa yoluxub. 11 nəfər həyatını itirib. Pandemiyanın qarşısının alınması üçün ölkə miqyasında saat 19:00-dan 05:00-ə qədər komendant saatı elan edilib. Publika.az Geri qayıt |