Əsas Səhifə > Gündəm > Azərbaycanda 10 həkimin koronavirusa yoluxması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil:

Azərbaycanda 10 həkimin koronavirusa yoluxması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil:


15-04-2020, 19:03
 Azərbaycanda 6 həkim koronavirus infeksiyasına yoluxub.
Şəffaflıq.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlının sözlərinə görə, Cəlilabad Xəstəxanasında 10 həkimin koronavirusa yoluxması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil:
"Həmin xəstəxanada bir həkim və bir nəfər də tibb işçisi virusa yoluxmuşdu".
TƏBİB rəsmisi əlavə edib ki, başqa bir xəstəxanada isə təsərrüfat işçisinin virusa yoluxması müəyyən edilib və o, karantinə götürülüb.

Geri qayıt