Əsas Səhifə > Dünya / REGİON > “Gürcülərin kimdən xoşu gəlmirsə, deyirlər- ermənidir...”- Saakaşvili
“Gürcülərin kimdən xoşu gəlmirsə, deyirlər- ermənidir...”- Saakaşvili23-01-2019, 20:29 |
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Nyu-Yorkda yaşayan gürcüstanlı mühacirlərlə görüşdə deyib ki, gürcülərin bir pis cəhəti var: onlar millətimizin ümumi uğurlarına sevinmir, öz həmvətənləri haqqında pis fikirlər və şayiələr yayırlar, lakin ermənilər belə deyil. ŞƏFFAFLIQ.Az xəbər verir ki, bu barədə Aliq.ge - ermənidilli gürcü saytı yazıb. "Məsələn, bir gürcü Kaliforniyadakı soydaşlarından birinin müvəffəqiyyət əldə etdiyini eşidəndə, sevinmək əvəzinə, ilk reaksiyası belə olur: “Hələ bu axmağa bax. O, bizim sinifdə oxuyurdu, başına-gözünə döyüb siqaret almağa göndərirdik. Bu, necə uğura nail olub?.. ", - deyən Saakaşvili daha sonra ermənilər haqqında danışmağa başlayıb. "Biz ermənilərə həqiqətən həsəd aparırıq. Onlardan soruşsanız, deyəcəklər ki, hamımız erməniyik. Onlara rəğbət bəsləyirəm. Gürcülərdən soruşduqda isə kimi xoşlamırlarsa, deyəcəklər ki, o, ermənidir. Eləcə də Gürcüstanın yarısı, o cümlədən mən...”, - deyən Saakaşvili zalda qəhqəhələrə səbəb olub.(Moderator.az) Sultan Laçın Geri qayıt |