Əsas Səhifə > FUTBOL > "Arsenal" qışda heyətinə üç yeni futbolçu cəlb etməyi planlaşdırır
"Arsenal" qışda heyətinə üç yeni futbolçu cəlb etməyi planlaşdırırDünən, 11:53 |
|
İngiltərənin "Arsenal" klubu qış transfer dönəmində heyətinə üç yeni futbolçu cəlb etməyi planlaşdırır. Şəffaflıq.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. London təmsilçisi müdafiənin sağ cinahını və hücumun sol cinahını gücləndirməyi, həmçinin mərkəz hücumçusu transfer etməyi hədəfləyir. "Topçular" Portuqaliyanın "Sportinq" klubunun 22 yaşlı sağ cinah müdafiəçisi İvan Fresnedanın nümayəndələri ilə əlaqə saxlayıb. Paytaxt komandası Almaniya təmsilçisi "Leyptsiq"dən 21 yaşlı vinger Antonio Nusa və "Bornmut"un iki oyunçusu - Eli Krupi və Aleks Skottla da maraqlanır. Geri qayıt |