Əsas Səhifə > Cəmiyyət / ELM VƏ TƏHSİL / MANŞET > “ƏRƏB DİLİNİN AÇARI” VERİLİŞİNDƏ AKADEMİK AİDA İMANQULİYEVANIN HƏYATI VƏ ELMİ İRSİ TƏQDİM OLUNUB

“ƏRƏB DİLİNİN AÇARI” VERİLİŞİNDƏ AKADEMİK AİDA İMANQULİYEVANIN HƏYATI VƏ ELMİ İRSİ TƏQDİM OLUNUB


Dünən, 11:24


“ƏRƏB DİLİNİN AÇARI” VERİLİŞİNDƏ AKADEMİK AİDA İMANQULİYEVANIN HƏYATI VƏ ELMİ İRSİ TƏQDİM OLUNUB

“EDU Company” Təhsil Şirkətinin hazırladığı “Ərəb dilinin açarı” maarifləndirici verilişinin növbəti buraxılışı Azərbaycanın görkəmli şərqşünas alimi, akademik Aida İmanquliyevanın həyat və elmi yaradıcılığına həsr olunub.

Verilişin çəkilişləri AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda aparılıb.

Buraxılışın qonağı həmin institutun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Lalə Məzahir qızı Bayramova olub. Müsahibə zamanı akademik Aida İmanquliyevanın zəngin həyat yolu, elmi fəaliyyəti, Azərbaycan şərqşünaslıq elminin inkişafına verdiyi töhfələr və ərəb ədəbiyyatının tədqiqi sahəsindəki xidmətləri ətrafında geniş söhbət aparılıb.

Layihənin əsas məqsədi görkəmli alimin zəngin elmi irsini, ərəb dünyasının ədəbi-mədəni mühitinin öyrənilməsinə verdiyi töhfələri və onun elmi məktəbinin əhəmiyyətini geniş ictimaiyyətə, xüsusilə gənc nəslə tanıtmaqdır.

“Ərəb dilinin açarı” verilişi maarifləndirmə, elmin və mədəniyyətin təbliği, görkəmli şəxsiyyətlərin irsinin gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Layihə rəhbəri: “EDU Company” Təhsil Şirkəti, Layihənin icrası AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 

Şəffaflıq.az


Geri qayıt