Əsas Səhifə > İnfrastruktur > Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib
Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilibBu gün, 13:35 |
|
Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin III mərhələsi üzrə 5 körpü tikilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. Məlumata əsasən, xəttin ümumi uzunluğu təxminən 110,4 kilometr, yan yollar nəzərə alınmaqla 140,6 kilometrdir. Dəmir yolu üzrə layihələndirmə işlərinin 85 %-i, tikinti-quraşdırma işlərinin isə 73 %-i yerinə yetirilib. Hazırda 1 tunel, 2 qalereya, 2 alt keçid və 1 yükləmə-boşaltma meydançasının inşası davam etdirilir. Bu dəmiryol xətti üzrə 8 stansiyanın (Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) tikintisi planlaşdırılır. Horadiz–Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Bundan başqa, layihə çərçivəsində ümumilikdə 594 ədəd mühəndis qurğusunun və 70 yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır. Layihənin tikintisinin 2028-ci ildə başa çatdırılması gözlənilir. Şəffaflıq.az Geri qayıt |