Əsas Səhifə > Hadisə > Qubada 28 yaşlı kişi su kanalına düşüb
Qubada 28 yaşlı kişi su kanalına düşübBu gün, 14:28 |
|
Quba rayonunda 28 yaşlı kişi su kanalına düşüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Mirzəməmməd kəndi ərazisində baş verib. 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov "KamAz" markalı yük avtomobilini saxlayaraq su götürmək istəyərkən suvarma kanalına düşüb. Qeyd edək ki, həmin suvarma kanalı Quba rayonu ərazisindən keçərək Samur-Abşeron kanalına birləşir. Hazırda itkin düşən şəxsin axtarışları davam etdirilir. Geri qayıt |