Əsas Səhifə > Gündəm > Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) videoçıxışı yayılan Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) videoçıxışı yayılan Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.10-04-2020, 19:22 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) videoçıxışı yayılan Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Şəffaflıq.az-ın məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib ki, Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə dünən paylaşılan məlumatlar əsassızdır: "Taleh Bəşirovun işdən çıxarılması ilə bağlı məlumat yayılandan sonra bu gün səhər nazirlikdən onu işə götürən tikinti şirkəti ilə (“Maximus” MMC) əlaqə saxlanılıb. Talehin heç bir halda işdən çıxarılmaması tövsiyə edilib. Hazırda Talehin əmək müqaviləsi (250 azn maaşla) qüvvədədir. Bu gün səhər nazirlikdən Talehlə də əlaqə saxlanılıb və narazılığının səbəbi soruşulub". "Əlilliyi olan şəxs kimi pensiya alan Taleh Bəşirov nazirliklə bağlı probleminin və narazılığının olmadığını, mütəmadi olaraq reabilitasiya vasitələri ilə təmin olunduğunu (son dövrdə 19 dəfə) deyib. Videoda dediklərini də hansısa məlumatı yanlış anladığından əsəbləşərək söylədiyini və bundan təəssüfləndiyini bildirib", - o qeyd edib. Geri qayıt |