Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan ediblər
Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan ediblərBu gün, 13:55 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp bu gün videomüraciətlərində "Tramp Marşrutu" layihəsinin rəsmi olaraq başladıldığını elan ediblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. "Ermənistan və ABŞ hökumətləri tərəfindən birgə həyata keçirilən TRIPP layihəsinin və regional blokadanın aradan qaldırılmasının praktiki mərhələsinin başladılmasını elan etmək böyük şərəfdir. Bu, Ermənistanın müasir tarixində tarixi bir hadisədir. Biz müstəqillik qazandığımız dövrdən bəri Ermənistanda ən böyük iqtisadi proqrama start veririk", - Paşinyan bəyan edib. Onun sözlərinə görə, TRIPP layihəsi sülhün təmin edilməsi ilə yanaşı, Ermənistanın iqtisadi inkişafı üçün müstəsna əhəmiyyət kəsb edəcək, Ermənistanın xarici bazarlara çıxışının genişlənməsinə, ölkədə biznes mühitin inkişafına və investisiyaların cəlb edilməsinə mühüm töhfə verəcək. Geri qayıt |