Əsas Səhifə > Hadisə > Kürdəmirdə avtoqəza olub, 4 nəfər xəsarət alıb
Kürdəmirdə avtoqəza olub, 4 nəfər xəsarət alıbBu gün, 13:47 |
|
Kürdəmir rayonunun Şilyan kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. Şəffaflıq.az xəbər verir ki, Göyçay rayon sakini Rəsul İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |