Əsas Səhifə > FUTBOL > Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək
Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcəkBu gün, 10:41 |
|
Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, sözügedən arenada I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" oyunu baş tutacaq. VIII turun qarşılaşmasını baş hakim Kamranbəy Rəhimov idarə edəcək. Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla dördüncü, ev sahibləri isə 6 xalla yeddinci sırada yer alıblar. Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Geri qayıt |