Əsas Səhifə > Hadisə > Bakıda qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb


Bu gün, 13:48


Bakının Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2 620 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən mağazanın əməkdaşı Ş.Əsədova, Nəsimi rayonu ərazisindəki evlərdən birindən 2 000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Rəsulov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt