Əsas Səhifə > Hadisə > Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb


Bu gün, 12:35


Neftçalada itkin düşən kişinin meyiti su kanalında tapılıb.

Şəffaflıq.az xəbər verir ki, Mürsəqulu kənd sakini 1969-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu Kazımovun meyiti Xolqaraqaşlı kəndinin ərazisindən keçən su kanalında tapılaraq sudan çıxarılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Qeyd edək ki, Ş. Kazımov bir neçə gün əvvəl itkin kimi axtarışa verilib.


Geri qayıt