Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Niderland parlamentlərarası dialoqu genişləndirmək niyyətindədir

Azərbaycan və Niderland parlamentlərarası dialoqu genişləndirmək niyyətindədir


Bu gün, 13:05


Niderlandın Azərbaycandakı səfiri Marian De Yonq və Azərbaycan parlamentinin ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qaya Məmmədov parlamentlərarası əlaqələrin inkişafını və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Görüş zamanı Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin müsbət dinamikası, parlamentlərarası əlaqələrin inkişafı və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, 2026-cı ilin iyulunda Haaqada ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyası çərçivəsində iki ölkə parlamentləri arasında baş tutan təmaslar dialoqun genişləndirilməsi üçün əlavə imkanlar açıb.

Tərəflər parlamentlərarası əməkdaşlığın davam etdirilməsinin və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.


Geri qayıt