Əsas Səhifə > Hadisə > Şəmkirdə yol qəzası nəticəsində iki nəfər ölüb, xəsarət alan var

Şəmkirdə yol qəzası nəticəsində iki nəfər ölüb, xəsarət alan var


Bu gün, 11:46


Şəmkirdə ağır yol qəzası nəticəsində iki nəfər ölüb 1 nəfər xəsarət alıb.

Şəffaflıq.az-ın məlumatına görə, qəza Qılıncbəyli kəndində qeydə alınıb.

Belə ki, "Toyota Land Cruiser" markalı avtomobilin aşması nəticəsində Qılıncbəyli kənd sakinləri; 1995-ci il təvəllüdlü Elgün Abbasov və həmyaşıdı Eşqin Abbasov ölüb, habelə daha bir nəfər xəsarət alıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt