Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Sankt-Peterburqda avtomobildə partlayış nəticəsində Rusiya ordusunun polkovniki ölüb
Sankt-Peterburqda avtomobildə partlayış nəticəsində Rusiya ordusunun polkovniki ölübBu gün, 10:41 |
|
Sankt-Peterburqda avtomobil partlayıb, nəticədə Rusiya ordusunun polkovniki həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya və Ukrayna mediası məlumat yayıb. Məlumata görə, partlayış Sankt-Peterburq yaxınlığında yerləşən Şuşarı qəsəbəsində baş verib. Həlak olan şəxsin avtomobildə olan qohumu isə yaralanıb. Həlak olan şəxsin adı və hadisənin digər təfərrüatları hələlik açıqlanmır. Rusiya İstintaq Komitəsindən bildiriblər ki, Sankt-Peterburqda baş vermiş partlayışdan sonra Rusiya hərbçisinin həlak olması faktı ilə bağlı cinayət işi başlanıb. Geri qayıt |