Əsas Səhifə > Hadisə > İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıbBu gün, 12:06 |
|
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqram 42 qram olan narkotik vasitə və 2 (iki) ədəd qatlanan tipli bıçaq aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Şəffaflıq.az Geri qayıt |