Əsas Səhifə > Hadisə > Bakıda avtomobil körpüdən aşıb

Bakıda avtomobil körpüdən aşıb


Bu gün, 11:15


Bakının Nizami rayonunda, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində minik avtomobili körpüdən köməkçi yola aşıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.

Şəffaflıq.az

Şəffaflıq.az


Geri qayıt