Əsas Səhifə > REGİON > Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb

Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb


Bu gün, 10:52


Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı öz "Telegram" kanalında bildirib.

Paşinyan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.

Səfər zamanı Ermənistanın Baş nazirinin xarici tərəfdaşlarla ikitərəfli görüşləri də planlaşdırılır.

Qeyd edək ki, Paşinyan Fransaya işgüzar səfərindən sonra Türkiyəyə yola düşüb.


Geri qayıt