Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edibBu gün, 15:34 |
|
Həyəcan siqnalı verən Praqa-Buxarest reysinin təyyarəsi Otopeni şəhərində (Buxarestdən 16 km şimalda yerləşir) Anri Koanda adına hava limanında uğurla eniş edib. Şəffaflıq.az "Digi24"ə istinadən xəbər verir ki, hadisə ilə bağlı zəruri prosedurlara başlanılıb. Bildirilib ki, göyərtəsində 102 sərnişin və 6 heyət üzvünün olduğu "TAROM" şirkətinin təyyarəsi daha əvvəl partlayış təhlükəsi barədə məlumat verib. Geri qayıt |