Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edibBu gün, 09:39 |
|
Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib. Şəffaflıq.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında yazıb. Nazir bildirib ki, Ukraynanın Ujqorod şəhərində Baş nazirin birinci müavini, energetika naziri Denis Şmıqal ilə birgə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının 14-cü iclası keçirilib: "Ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, texnologiya və innovasiya, turizm və digər sahələrdə əməkdaşlığın inkişafını müzakirə etdik, qarşıdakı dövr üçün Fəaliyyət Planını qəbul etdik". P. Şahbazov bildirib ki, Azərbaycan-Ukrayna Biznes Dəyirmi Masasında yeni tərəfdaşlıq və investisiya imkanları dəyərləndirilib. Denis Şmıqal Ukraynaya göstərilən davamlı humanitar dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Geri qayıt |