Əsas Səhifə > İnfrastruktur > Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib


Bu gün, 12:30


Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Qurumdan verilən məlumata görə, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 6-sı səhərədək davam edəcək.

Məlumata görə, küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metrə, sonrakı inkişafda isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.

Şəffaflıq.az


Geri qayıt