Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ hərbçisi Yaponiyada təlimlər zamanı ölüb

ABŞ hərbçisi Yaponiyada təlimlər zamanı ölüb


Bu gün, 15:12


Amerikalı dəniz piyadası Yaponiyanın Okinava adasında təlimlər zamanı baş vermiş insident nəticəsində ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dəniz Piyadaları Korpusunun bəyanatına istinadən məlumat yayıb.

"3-cü Dəniz Piyadaları Diviziyası dərin hüznlə 2026-cı il noyabrın 3-də Yaponiyanın Okinava adasında yerləşən Kemp-Şvab bazasında təlimlər zamanı baş verən insident nəticəsində dəniz piyadasının həlak olduğunu bildirir", - bəyanatda qeyd olunub.

Hərbi qulluqçunun ölümü barədə təfərrüatlar açıqlanmır.


Geri qayıt