Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Zelenski bu gün Berlində Mertslə danışıqlar aparacaq
Zelenski bu gün Berlində Mertslə danışıqlar aparacaqDünən, 13:23 |
|
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlinə səfər edəcək və orada Almaniya Kansleri Fridrix Mertslə danışıqlar aparacaq. Şəffaflıq.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın paytaxtında keçirilən biznes konfransında Kansler özü bildirib. V.Zelenskinin ötən il Ağ Evə etdiyi səfəri xatırladan Merts qeyd edib: "O, günortadan sonra burada mənimlə olacaq və o zaman hər şey bir qədər fərqli olacaq". "Reuters"in məlumatına görə, Ukrayna Prezidentinin Almaniyaya səfərləri son ana qədər gizli saxlanılır və gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Geri qayıt |