Əsas Səhifə > MILLI MƏCLİS > Səbinə Əliyeva yenidən ombudsman seçilib

Səbinə Əliyeva yenidən ombudsman seçilib


Bu gün, 13:04


Səbinə Əliyeva yenidən ombudsman seçilib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva 100, Ceyhun Qaracayev 13, Elşanə Vəliyeva isə 8 səs toplayıb. Qeyd edək ki, yeni ombudsmanın seçilməsi üçün parlamentdə 83 səs çoxluğu kifayət idi.

Daha sonra Səbinə Əliyeva ombudsman kimi and içib.


Geri qayıt