Əsas Səhifə > MILLI MƏCLİS > Azərbaycanla Özbəkistan arasındakı müqavilə və saziş ratifikasiya edilib

Azərbaycanla Özbəkistan arasındakı müqavilə və saziş ratifikasiya edilib


Bu gün, 12:55


Azərbaycanla Özbəkistan arasında imzalanmış əbədi dostluq haqqında müqavilə və pensiya təminatı sahəsində əməkdaşlıq sazişi ratifikasiya edilib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiqi və "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi barəsində qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə qoyularaq qəbul edilib.


Geri qayıt