Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Xəzərdə beynəlxalq narkotik satışı kanalının qarşısı alınıb, 109 kq narkotik müsadirə edilib
Xəzərdə beynəlxalq narkotik satışı kanalının qarşısı alınıb, 109 kq narkotik müsadirə edilibBu gün, 12:54 |
|
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xəzər dənizi akvatoriyası vasitəsilə həyata keçirilən beynəlxalq narkotik satışı kanalını aşkar edərək fəaliyyətinin qarşısını alıb. Bu barədə Şəffaflıq.az Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilib ki, noyabrın 1-də Sərhəd xidməti qurumun Manqistau vilayəti üzrə departamenti ilə birlikdə katerlə təqibdən yayınmağa çalışan üç əcnəbini və sahildə olan iki Qazaxıstan vətəndaşını saxlayıb. Əməliyyat zamanı 109 kq narkotik vasitə, o cümlədən 22 kq tiryək, 27 kq həşiş və 60 kq marixuana, eləcə də kiçikhəcmli kater müsadirə edilib. Faktla bağlı araşdırmalara başlanılıb. Geri qayıt |